BAYRAQDAR MEDİA – Türkiyədə Eskişehirdə fəaliyyət göstərən çörəkbişirmə müəssisələri xərclərin artması səbəbindən çörək və simitlərin qiymətlərini artırıb.
Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.
Bildirilib ki, “xammal, iş yeri kirayələri və işçilərin maaşlarının artımını əsas gətirərək çörəkbişirmə operatorlarından keçən dekabr ayından gələn artım tələbi Ticaret Odası ve Esnaf Odaları Birliğimə çatdırılıb. Çörək sexlərinin operatorlarının tələbləri Sənaye və Ticarət Nazirliyi tərəfindən təsdiq edilib və yanvarda Ticarət Palatası Məclisinin iclasında müzakirə edilərək qəbul edilib”.
Məlumatda deyilir ki, yeni tarifə əsasən, 200 qram çörəyin qiyməti 12 lirə 50 quruşa, 100 qramlıq simit isə 15 lirəyə qalxıb: “Yeni qiymətlər fevralın 3-dən etibarən tətbiq edilməyə başlanıb”.
İlk şərhi yaza bilərsiniz