Press "Enter" to skip to content

Sizin xidmətləriniz unudulmazdır

Polad Bülbüloğlu və Fazil Mustafa

Fazil Mustafadan Polad Bülbüloğluna təbrik

BAYRAQDAR MEDİA – MilIi Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Mədəniyyət komitəsinin sədri Polod Bülbüloğlunu 80 illik yubileyi ilə bağlı təbrik edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya MilIi Məclisin İctimai birliklər və dini qurumlar komitəsindən məlumat verilib.

Məlumata görə, təbrik məktubunda deyilir:“Hörmətli Polad müəllim, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi adından, şəxsən öz adımdan Sizi – dünyaşöhrətli sənətkarı 80 illik yubileyinizlə bağlı səmimi qəlbdən təbrik edirəm! Siz, yalnız Azərbaycan mədəniyyətinin deyil, Türk dünyası mədəniyyətininin inkişafında, beynəlxalq aləmdə tanıdılmasında, klassik irsimizin tərənnümündə özünəməxsus, uzunmüddətli, səmərəli xidmətlər göstərərək, böyük şöhrət qazanmısınız”.

Məktubda həmçinin “müstəqil Azərbaycanın ilk Mədəniyyət naziri, TÜRKSOY-un ilk Baş direktoru olaraq, Sizin xidmətləriniz unudulmazdır. Həyatınızda, sənətinizdə bir çox “ilk”lər vardır, o cümlədən azad Şuşadan seçilmiş ilk Millət vəkilisiniz, Milli Məclisə ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olunduqdan sonrakı ilk seçkilərdə Mədəniyyət komitəsinin sədri seçilmisiniz, habelə Rusiya Federasiyasında ən uzunmüddətli Fövqəladə və səlahiyyətli səfir olaraq, bütün diplomatik korpusun duaeyni olmusunuz. Azərbaycan, Türkmənistan, Özbəkistan və Başqurdistanın Xalq artisti, Dağıstanın Əməkdar incəsənət xadimi fəxri adlarını daşıyan yeganə sənətkarsınız. Müstəqil Azərbaycanın ən yüksək dövlət təltiflərinə layiq görülmüsünüz və 80 yaşınızın tamam olmasına bir gün qalmış, ölkə Prezidentinin Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olnmusunuz. Bütün bunlar Sizin sənətinizə, şəxsiyyətinizə dövlət, xalq məhəbbətinin parlaq ifadəsi, o cümlədən beynəlxalq nüfuzunuzun göstəricisidir. İnanırıq ki, görkəmli ictimai-siyasi, elm və sənət xadimi olaraq, mədəniyyətin zərif gücü və zəngin diplomatik təcrübəniz sayəsində, Vətənə, sənətə xidmətinizi bundan sonra da davam və inkişaf etdirəcəksiniz. Yubileyiniz ilə bağlı Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, Azərbaycan, Türk dünyası mədəniyyətinin inkişafı yolunda fəaliyyətinizdə yeni uğurlar diləyirəm!” deyə əlavə edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.