Press "Enter" to skip to content

Siyasi şərhçi Azər Həsrət: Urus məktəbləri önəmli şəkildə azaldılmalıdır!

Azər HƏSRƏT

BAYRAQDAR MEDİA – Belə bir deyim var: “Bir şəxs yaşadığı ölkənin dilini bilmirsə, o, ya qonaq, ya işğalçı, ya da həmin işğalçının köləsidir…

Rusiya elmi pedaqogikasının banisi Konstantin Uşinski deyirdi ki, “ana dilində təhsil almayan bir uşaq böyüdükdən sonra üzünə nə qədər vətənpərvərlik maskası taxsa da aid olduğu millətə deyil, dilində təlim-tərbiyə gördüyü millətə xidmət edəcəkdir!”

Sözüm Azərbaycan vətəndaşı olub Azərbaycanın dövlət dilini inkar edənlər, həmçinin rus dilini öz dövlət dilimizdən üstün tutanlarla bağlıdır. Bu adamlar təkidlə Azərbaycan dilini inkar edir, hələ dava-şava ilə uşaqlarını urus məktəbində oxudub bizə də sübut etmək istəyirlər ki, hansı dildə oxumağın heç bir əhəmiyyəti və fərqi yoxdur. Sən demə onlar urus məktəbində oxuyaraq bizdən – milli kəsimdən daha vətənsevər imiş. Biz isə əminik ki, onlar burada Rusiyanı yaşatmaqdan başqa bir işə yaramırlar! Sabah Rusiya Azərbaycana qoşun çəksə, bu kəsim ağ bayraqla işğalçı urusların qarşısına çıxıb toy-bayram edəcək. Ona görə də dövlət baba urus məktəblərini yenidən nəzərdən keçirməli, yalnız uruslar üçün bu məktəblərin qalmasını təmin etməlidir. Urus olmayan urus məktəbində uşaq oxutmaq istəyirsə, bunu dövlət hesabına deyil, öz hesabına etməlidir!

Bu fikirləri siyasi şərhçi Azər Həsrət özünün sosial media hesabında yazıb.

Qeyd edək ki, son günlər Azərbaycanda bəzi kəsimlər rus dilinə süni nəfəs vermək üçün dəridən-qabıqdan çıxır. Bu da milli kəsimə aid olan insanlarda ciddi narahatlığa səbəb olub. Ona görə də milli təəssübkeş kəsim dövləti ümumiyyətlə rus bölməsini ləğv etməyə çağırır. Maraqlıdır ki, bu çağırışları məhz rus yanlıları şiddətlə rədd edərək əsassız iddialarla rus dilini müdafiə edirlər…

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.