Press "Enter" to skip to content

Prezidentin Fərmanı: “iki” “üç” oldu, “üç” də “dörd”

Prezident İlham Əliyev

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev Avtomobil Yolları Dövlət Agentliyi ilə bağlı iki Fərmana dəyişiklik edib.

Dəyişiklikdə deyilir:

1. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1805 (Cild I) 2.2-ci bəndində “iki” sözü “üç” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2316 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi”nin 4.3-cü bəndinin ikinci cümləsində “üç” sözü “dörd” sözü ilə, “iki” sözü “üç” sözü ilə əvəz edilsin.

Fərmanın 1-ci bəndindəki dəyişikliyə görə əvvəlki maddə belə dəyişdirilir:

2.2. Agentliyin fəaliyyətinə cari rəhbərliyi və nəzarəti həyata keçirmək məqsədilə sədr və onun üç müavinindən ibarət İdarə Heyəti yaradılır;

2-ci bənd isə Nizamnaməyə belə dəyişikliklər edir:

4.3. İdarə Heyəti Agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi dörd nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və üç sədr müavinindən ibarətdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.