Press "Enter" to skip to content

Milli QHT Forumunda gənclərlə bağlı maraqlı görüş

Tədbir zamanı

Görüşdə qeyd olunub ki, QHT-lər gənclərin vətəndaş cəmiyyətinin inkişafında fəal iştirak etmələrini təmin etmək üçün vacib platformadır

BAYRAQDAR MEDİA – Azərbaycan Milli QHT Forumunun (AMQF) 2 fevral – Gənclər Günü ilə bağlı gənclərlə görüşü keçirilib.

Bu barədə Forumun məlumatında qeyd edilir.

AMQF İdarə Heyətinin sədri Ramil İskəndərli və İdarə Heyətinin üzvü Xatirə Vəliyeva
AMQF İdarə Heyətinin sədri Ramil İskəndərli və İdarə Heyətinin üzvü Xatirə Vəliyeva

Bildirilir ki, “Azərbaycan Milli QHT Forumunun (AMQF) konfrans zalında 2 Fevral – Gənclər Günü ilə əlaqədar AMQF-yə üzv təşkilatlarında təmsil olunan gənclərlə açıq müzakirə xarakterli görüş keçirilib. Görüşdə gənclərin vətəndaş cəmiyyətinin inkişafında rolu və gənclərin QHT-lərə cəlb olunması ilə bağlı məsələlər ətrafında açıq diskussiyalar aparılıb. Tədbirdə AMQF İdarə Heyətinin sədri Ramil İskəndərli, AMQF İdarə Heyətinun üzvü Xatirə Vəliyeva, AMQF NTK sədri Fariz Əkbərov və 40-dək AMQF üzv təşkilatlarının gənc nümayəndələri iştirak ediblər”.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan dövləti tərəfindən gənclərin inkişafı və sosial inteqrasiyası üçün geniş imkanlar yaradılıb
Çıxışlarda qeyd olunub ki, Azərbaycan dövləti tərəfindən gənclərin inkişafı və sosial inteqrasiyası üçün geniş imkanlar yaradılıb

Məlumata görə, tədbir zamanı qeyd olunub ki, 44 günlük Vətən müharibəsi Azərbaycan gənclərinin vətənpərvərlik ruhunu və qəhrəmanlığını bir daha sübut etmişdir: “O da vurğulanıb ki, gənclərin fəallığı, təşəbbüskarlığı və sosial məsuliyyəti Azərbaycanın inkişafı üçün əvəzolunmazdır. Azərbaycan dövləti tərəfindən gənclərin inkişafı və sosial inteqrasiyası üçün geniş imkanlar yaradılıb, müxtəlif təqaüd və proqramlar icra olunur. Azərbaycan gəncləri COP29 çərçivəsində təşkil olunmuş müxtəlif müzakirələrdə, maarifləndirmə tədbirlərində və ekoloji layihələrdə fəal olmaqla, gənclər iqlim dəyişikliklərinə qarşı mübarizədə öz töhfələrini veriblər”.

CASCFEN-in gənc üzvlərinin tədbirdən xatirə fotosu
CASCFEN-in gənc üzvlərinin tədbirdən xatirə fotosu

Çıxışlarda, həmçinin qeyd olunub ki, QHT-lər gənclərin bilik və bacarıqlarını artırmaq, onları sosial layihələrə cəlb etmək və vətəndaş cəmiyyətinin inkişafında fəal iştirak etmələrini təmin etmək üçün vacib platformadır.

Sonda gənclərə QHT-lərdə aktiv iştirak etməyə, könüllülük fəaliyyətinə qoşulmağa və ictimai təşəbbüslərlə çıxış etməyə tövsiyə olunun. Gənclərə üzərində AMQF loqosu ilə köynəklər hədiyyə edilib.

Öz növbəsində “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyindən (CASCFEN) BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, görüşdə bu təşkilatın gənc üzvləri də iştirak ediblər.

CASCFEN sədrinin gənclərl iş üzrə köməkçisi Yusif Məmmədəli
CASCFEN sədrinin gənclərl iş üzrə köməkçisi Yusif Məmmədəli

Məlumatda deyilir ki, CASCFEN sədrinin gənclərl iş üzrə köməkçisi Yusif Məmmədəli və İctimai Birliyin sosial şəbəkələrlə iş üzrə məsləhətçisi Günel Suidimzadə tədbirdə iştirak və müzakirələr zamanı təkliflərlə çıxış ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.