Press "Enter" to skip to content

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BAYRAQDAR MEDİA – Milli Hidrometeorologiya Xidməti fevralın 5-6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Şabran, Siyəzən, Xızı, Qusar, Qax, Şəki, Tovuz, Şəmkir, Ağstafa, Gəncə, Göygöl, Samux, Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Tərtər, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Lerik, Astara, Yardımlıda şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək”.

Mission News Theme by Compete Themes.