BAYRAQDAR MEDİA – Fevralın 3-də Urmu şəhərində bir qrup gənc fəal həbs edilən milli fəallara dəstək olmaq məqsədi ilə aksiya keçiriblər.
Xəbəri “Azad İran” Telegram kanalı “Araz News”a istinadla yayımlayıb.
Bildirilib ki, şəhərin müxtəlif yerlərində milli fəallar Səməd Heydəri və Rza Səlimiyə dəstək olmaq üçün divarlara vərəqələr yapışdırıblar. Vərəqələrdə “Ardınca çox gəzib dolanmışam, səni zindanlarda tapmışam, salam Vətən, salam!” yazılıb.
Qeyd edək ki, gənc fəallar yanvarın 23-də Təbriz şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs ediliblər.
İlk şərhi yaza bilərsiniz