Press "Enter" to skip to content

FHN əməkdaşı qızıl medal qazanıb

FHN əməkdaşı qızıl medal qazanıb

BAYRAQDAR MEDİA – Fevralın 3-də Gənclər və İdman Nazirliyi (GİN), Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında (kişilər və qadınlar) stolüstü tennis yarışı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “olimpiya sistemi üzrə keçirilən yarışda 22 qurumdan 40 kişi, 10 qadın mübarizə apararaq öz bacarıqlarını göstəriblər. Turnirdə iştirak edən FHN-in stolüstü tennis üzrə komandasının üzvü əzmkar mübarizə apararaq yüksək nəticə əldə etməyi bacarıb. Belə ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Əli Bayramov bütün rəqiblərinə qalib gələrək yarışın çempionu adına layiq görülüb”.

Qaliblər GİN-in təsis etdiyi diplom və medal ilə təltif olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.