BAYRAQDAR MEDİA – Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) növbəti qanvermə aksiyası keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETSN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, ““Respublika Qan Bankı” publik hüquqi şəxsin xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb”.
ETSN talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək vermək və onları həyata bağlayan bir ümid olmaq üçün səhhəti imkan verən hər kəsi bu xeyirxah aksiyaya qoşulmağa çağırır.
İlk şərhi yaza bilərsiniz