BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov fevralın 28-də Saatlı, Sabirabad, İmişli, Biləsuvar, Hacıqabul rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya Enegetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “qəbul saat 11:00-dan başlayaraq Saatlı rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ4900, Saatlı şəhəri, Heydər Əliyev meydanı) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İmişli filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: office.imishli@regulator.gov.az), Şirvan filialı (əlaqələndirici şəxs: Ceyhun Rzayev, əlaqə telefonu: (050) 225-34-86, elektron poçt ünvanı: office.shirvan@regulator.gov.az) və Lənkəran filialı (əlaqələndirici şəxs: Xəyyam Aydınov, əlaqə telefonu: (050) 305-51-67, elektron poçt ünvanı: office.lankaran@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.
İlk şərhi yaza bilərsiniz