BAYRAQDAR MEDİA – Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Düyməcik” tamaşasının oxunuş məşqlərinə başlanılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “yaradıcılıq işlərinə başlanılan yeni səhnə əsəri danimarkalı yazıçı Xristian Andersonun eyniadlı əsəri əsasında hazırlanır. Milli Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə tamaşanın quruluşçu rejissoru və yaradıcı heyəti ilə görüşüb, yeni işdə kollektivə müvəqiyyətlər arzu edib”.
Daha sonra xəbərdə, “Ayla Osmanovanın quruluşunda hazırlanan səhnə əsərinin quruluşçu rəssamları Şahin Hüseynli, Yekaterina Xaritonova, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assisenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir. Tamaşada Aydan Həsənzadə, Fəridə Qurbanova, Ramil Məmmədov, Xəyalə Qasımova, İlhan Sadıqov, Könül Əbilova, Elgün Yəhyayev, Mətləb Abuşov, İradə Rəşidova, Anar Seyfullayev, İlahə Əmirxanova, Aybəniz Heydərova, Nuranə Vaqifqızı, Gelbəniz Lətifova iştirak edirlər” deyə bildirilir.
Qeyd edək ki, mehribanlıq, dostluq və müdriklikdən bəhs edən “Düyməcik” nağılı insanlara həyatda baş verən istənilən çətinlik qarşısında heç vaxt ümidsizliyə qapılmamağı, xoşbəxtliyə çatmaq üçün isə təmiz qəlbə, mərhəmətli düşüncəyə sahib olmağı təlqin edir.
İlk şərhi yaza bilərsiniz