Press "Enter" to skip to content

Dövlət dəstəyi ilə lentə alınmış filmlərin növbəti təqdimatı

Dövlət dəstəyi ilə lentə alınmış filmlərin növbəti təqdimatı

BAYRAQDAR MEDİA – Fevralın 11-də saat 19:00-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Kino Agentliyinin (ARKA) dəstəyi ilə ərsəyə gəlmiş “Qayıdış” tammetrajlı sənədli filminin təqdimatı keçiriləcək.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “bu film 2024-cü ildə keçirilən “Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi”ndə qalib gəlmiş 6 ekran əsərlərindən biridir. “Karvan Production” MMC tərəfindən istehsal olunmuş “Qayıdış” filminin rejissoru Elməddin Alıyev, prodüseri Emil NəcəfovElməddin Alıyevdir. Film bir ailənin 30 ildən sonra Laçına qayıdışından və yenidən sevdikləri peşə ilə məğul olmasından bəhs edir”.

Qeyd edək ki, ötən bir il ərzində Mədəniyyət Nazirliyi və ARKA tərəfindən 40-dan çox film layihəsinə maliyyə ayrılıb. Həmin filmlərin təqdimatı il ərzində davam edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.