BAYRAQDAR MEDİA – Fevralın 4-də Eskişehirdə havanın tempraturunun mövsüm normalarından aşağı enəcəyi gözlənilir.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “Meteoroloji Genel Müdürlüğünün proqnozlarına görə, çərşənbə axşamı və çərşənbə günü yağışlı hava təsirli olacaq. Yağıntı sulu qar və qar şəklində olacaq, daha yüksək ərazilərdə güclü qar yağacağı müşahidə oluna bilər”.
Məlumata görə, bu xəbərdarlıqdan sonra Eskişehir Böyükşəhər Bələdiyyəsi Afet İşleri Dairesi Başkanlığı (AKOM) eskişehirlilərə qar müjdəsini verib: “Meteorologiyadan alınan məlumata görə, çərşənbə axşamından etibarən şəhərimizdə havanın temperaturunun mövsümi normadan aşağı düşəcəyi təxmin edilir. Çərşənbə axşamı və çərşənbə günü sulu qar və qar yağacağı ehtimal olunur”.
İlk şərhi yaza bilərsiniz