Təşkilatın Nəzarət-Təftiş Komissiyasının üzvü Elman Cəfərli ADA Universitetində keçirilən təlimlərə qatılıb və sertifikatlara layiq görülüb
BAYRAQDAR MEDİA – “ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu və BMT-nin İnkişaf Proqramı ilə birgə keçirdiyi təlimlərdə iştirak etmiş Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi Nəzarət-Təftiş Komissiyasının üzvü, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli serfifikatlara layiq görülüb”.
Bu barədə BAYRAQDAR MEDİA-ya CASCFEN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, təltifetmə mərasimi yanvarın 31-də ADA universitetində keçirilib: “Qeyd edək ki, təlimlər 2024-cü ildə keçirilib. Elman Cəfərli 25-26 iyulda keçirilən “Layihənin idarə edilməsi və iqlim dəyişikliyinə uyğunlaşma üçün maliyyə”, 31 iyul-1 avqustda təşkil edilən “Kənd təsərrüfatında iqlim dəyişikliyinə uyğunlaşma”, 23-25 oktyabrda baş tutan “Enerji səmərəliliyi və davamlılıq üzrə Jean Monnet Payız Təlim Məktəbi” və nəhayət 23-25 sentyabrda keçirilmiş “Milli Uyğunlaşma Planı” çərçivəsində keçirilən Təlimçilərin Treninqi” təlimlərində iştirak edib və fəallığı ilə seçilib”.
İlk şərhi yaza bilərsiniz