Press "Enter" to skip to content

Azərbaycanda Qiymətləndiricilər Cəmiyyəti daha bir ilkə imza atıb

Peşə məsuliyyətinin sığortalanması üzrə əməkdaşlıq memorandumu imzalanıb

BAYRAQDAR MEDİA – Azərbaycanda Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə ölkənin sığorta bazarının aparıcı şirkətlərindən olan “Meqa Sığorta” ASC arasında peşə məsuliyyətinin sığortalanması üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya AQC-dən məlumat verilib.

Bildirilib ki, “memorandum qiymətləndirmə sahəsində sığorta sektoru ilə qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoymaq məqsədi daşıyır. Sənədə əsasən, AQC-ə üzv olan şirkətlər tərəfindən müraciət edildiyi zaman hər iki tərəfin maraqlarına və qanunvericiliyə uyğun olduğu təqdirdə peşə məsuliyyəti sığortası üzrə sığorta müqaviləsi bağlanılacaq”.

Xəbərdə o da qeyd edilib ki, AQC öz fəaliyyətində dövlət qurumları və özəl təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir: “Bu istiqamətdə həm yerli, həm xarici müəssisələrlə tez-tez görüşlər keçirilir, qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılır, razılaşmalar əldə edilir. AQC Türkiyə, Rusiya, Ukrayna və Mərkəzi Asiya ölkələrinin qiymətləndirmə qurumları ilə yaxın əməkdaşlıq edir. Cəmiyyət Azərbaycan Mərkəzi Bankı, Baş Prokurorluq, Milli Məclis, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət İmtahan Mərkəzi, İqtisad Universiteti və digər yerli dövlət qurumları, təhsil müəssisələri ilə sıx əməkdaşlıq formasında fəaliyyət göstərir. Cəmiyyətin sədri Vüqar Oruc bir çox dövlət qurumlarında, eləcə də Azərbaycan Mərkəzi Bankı yanında Sahibkarlarla Əməkdaşlıq Şurasında təmsil olunur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.