Press "Enter" to skip to content

Təbrizdə milli fəallar “Birləşək” deyir!

Təbrizdə milli fəallar "Birləşək" deyir!

BAYRAQDAR MEDİA – Güney Azərbaycanın milli fəalları Təbrizin Çaykənarı hissəsində ictimai fikri bölgədəki aktual və önəmli məsələlərə cəlb etmək üçün “Birləşək” adı altında vərəqələr paylayıblar.

Xəbəri “Azad İran” Telegram kanalı yayımlayıb.

Bildirilib ki, birlik və həmrəyliyə diqqəti yönəldən bu vərəqələrdə Urmu gölünün acınacaqlı durumu, Araz çayı ilə bağlı problemlər, Güney Azərbaycandakı mədənlərin İran hökuməti tərəfindən talan edilməsi və bölgədəki digər ekoloji və iqtisadi problemlər kimi mövzular yer alır.

Bu simvolik aksiya ilə Güney Azərbaycanlı fəallar ayrı-seçkilik siyasətinə etiraz ediblər və cəmiyyəti maarifləndirməyə, mövcud problemlərə daha çox diqqət yetirməyə çağırıblar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.