Press "Enter" to skip to content

Qərbi Azərbaycanla bağlı ideya müsabiqəsi

Qərbi Azərbaycan İcması. Bakı

Məqsəd gəncləri Qərbi Azərbaycan mövzusu ilə daha yaxından tanış etməkdir

BAYRAQDAR MEDİA – Qərbi Azərbaycan İcması Gənclər Şurası gənclər arasında təbliğatın gücləndirilməsi üçün müxtəlif proqramlar həyata keçirmək niyyətinbdədr.

Bu barədə Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

O, qeyd edib ki, fevralın 2-dən etibarən Qərbi Azərbaycan İcması Gənclər Şurası tərəfindən “Gənclər arasında Qərbi Azərbaycan mövzusunda ideya” müsabiqəsi keçiriləcək: “Bu müsabiqə gəncləri Qərbi Azərbaycan mövzusu ilə daha yaxından tanış etmək və onların yaradıcı düşüncələrini ortaya qoymalarına imkan yaratmaq məqsədi daşıyır”.

Millət vəklinin sözlərinə görə, müsabiqənin əsas məqsədi gənclərimizin Qərbi Azərbaycanla bağlı fikirlərini və ideyalarını sosial, mədəni və tarixi aspektlərdən təhlil etmək, həmçinin onların bu mövzuda daha geniş məlumatlı olmalarını təmin etməkdir: “Müsabiqəyə yaş məhdudiyyəti olmadan bütün gənclər qatılacaq və hər bir iştirakçının ideyası və layihəsi qiymətləndiriləcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.