Əziz Ələkbərli: Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclərin rolu və dəstəyi mühüm əhəmiyyət daşıyır
BAYRAQDAR MEDİA – Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda toplantı keçirilib.
Bu barədə İcmadan məlumat verilib.
Məlumata görə, tədbir Dövlət Himni səsləndirilməsi, həmçinin Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclərin rolu və dəstəyi mühüm əhəmiyyət daşıyır” deyib.
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov isə çıxışında gənclərin Qərbi Azərbaycana qayıdış məsələsində fəal iştirakının, həm bölgənin mədəni irsinin qorunması, həm də gənclərin bu prosesdə aktiv rol almaları baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib: “Gənclər yeni ideyalar və təşəbbüslərlə cəmiyyəti irəliyə apararaq, bir çox sahələrdə böyük uğurlar əldə edirlər”.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının aparatında gənclərlə iş üzrə məsul şəxs Anar İrzaquliyev bildirib ki, Gənclər Şurasının strukturunun yenilənmiş forması hazırlanıb. O, Gənclər Şurasının yenilənmiş strukturunun sədr və 2 sədr müavinindən ibarət olduğunu deyib.
Tədbirdə həmçinin Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Qərbi Azərbaycan İcmasının üzvü Həsən Əhmədov və Fidan İbrahimova çıxış edib.
Çıxşlardan sonra əslən Qərbi Azərbaycandan olan və bir sıra uğurlara imza atan 15 gənc, eləcə də icma ilə səmərəli əməkdaşlığa görə 10 gənclər təşkilatı mükafatlandırılıb, icmanın müxtəlif tədbirlərində iştirak etmiş 30 gəncə isə üzvlük vəsiqələri təqdim edilib.
İlk şərhi yaza bilərsiniz