BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən ərsəyə gələn “Məhəmməd Əmin Rəsulzadə və müstəqil Azərbaycan” adlı medotik vəsait Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, publisist, naşir, ədəbiyyatşünas, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “M.Ə.Rəsulzadənin publisistikası, məzmunlu ədəbi-bədii əsərlərinin təbliği məqsədi ilə hazırlanmış metodiki vəsaitdən kitabxanaçılar, həmçinin onun yaradıcılığı ilə maraqlanan tələbələr, doktorantlar və digər oxucular istifadə edə bilərlər”.
Sonra xəbərdə qeyd olunur ki, “çoxsaylı kitablara və məqalələrə əsaslanmaqla hazırlanmış vəsaitin elmi məsləhətçisi AMEA prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru MEK-in direktoru texnika elmləri, Dos. Hüseyn Hüseynov, tərtibçiləri MEK-in direktor müavini filologiya üzrə fəlsəfə doktoru Şəhla Quliyeva, Dos. Knyaz Aslan, ixtisas redaktoru isə Biblioqrafiya şöbəsinin əməkdaşı Rəna Cavadovadır”.
İlk şərhi yaza bilərsiniz