BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) könüllü namizədlərlə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə qeyd olunur ki, “Kitabxananın direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov dövlət tərəfindən aparılan uğurlu gənclər siyasətindən danışıb və MEK-in fəaliyyət istiqamətləri haqqında namizədlərə məlumat verib. Qeyd edib ki, AMEA-da ilk olaraq MEK-də fəaliyyətə başlayan könüllülük hərəkatı gənclərin fərdi inkişafına, məsuliyyətli bir vətəndaş və gələcək peşəkar kadr kimi formalaşmasına təsir edir. Budəfəki müsabiqəyə qoşulanların sayında artım müşahidə olunduğunu vurğulayan direktor gənclərin MEK-ə marağını yüksək qiymətləndirib”.
Sonra xəbərdə, “MEK-in elmi katibi, “MEK könüllüləri”nə məsul şəxs Şəbnəm Rüstəmova müsabiqənin şərtləri, eləcə də gələcək üç ay ərzindəki fəaliyyətləri haqqında onları ətraflı məlumatlandırıb. Elmi katib son mərhələdə onlardan xüsusi keyfiyyətlərə malik 20 nəfər gəncin seçiləcəyini, öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə MEK tərəfindən sertifikatlar veriləcəyini, aktivliyi ilə seçilənlərə isə xasiyyətnamələrin təqdim olunacağını bildirib” deyə bildirilir.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb, kitabxana ilə tanışlıqları baş tutub.
İlk şərhi yaza bilərsiniz