Press "Enter" to skip to content

“Gənclik İrəlidədir”

BAYRAQDAR MEDİA – “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə 2 fevral – Gənclər Gününə həsr olunmuş “Gənclik İrəlidədir” gənclər həftəsi keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, “gənclər həftəsi çərçivəsində müxtəlif maarifləndirici, əyləncəli tədbirlər – təlimlər, görüşlər, ekskursiya və infoturlar, vörkşoplar, idman fəaliyyətləri və konsert proqramları olacaq. Proqram çərçivəsində yaradıcı fəaliyyətin dəstəklənməsi, yeni yaranan musiqi kollektivlərinin inkişafına dəstək vermək məqsədilə Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə “ManEL and Band”in konserti də keçiriləcək”.

Məlumata görə, gənclərin idman bacarıqlarının artırılması istiqamətində özünümüdafiə və aykido təlimləri təşkil olunacaq: “İrəliçilərin mədəni maarifləndirilməsi üçün Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin tərəfdaşlığı ilə həyata keçirilən “Solo Gənclik” layihəsi çərçivəsində pianoçu Elsəvər Rəhimovun konserti də olacaq. Eyni zamanda, rəssam Lalə Hüseynovanın iştirakı ilə “Rəsm sənətində təməl biliklər” mövzusunda açıq dərs, milli rəqs sənəti üzrə təlimlər və “Libraff” kitab mağazaları şəbəkəsinin tərəfdaşlığı ilə reallaşan “Gənclərlə” layihəsi çərçivəsində filosof, bəstəkar-şair, naşir Rasim Müzəffərli ilə görüş keçiriləcək. Gənclər həftəsinin həyata keçirilməsində əsas məqsəd gənclərin maraq dairəsinə uyğun fəaliyyətlərintəşviqi, asudə vaxtın səmərəliliyinin təmin olunması, sağlam, intellektual, yaradıcı məşğuliyyətin stimullaşdırılmasıdır”.

Mission News Theme by Compete Themes.