Press "Enter" to skip to content

Bu, Türkiyə nüxalifətinin mövcud vəziyyətini ortaya qoyur

Dos. Dr. Fatih Çağatay BAZ

Dos. Dr. Fatih Çağatay Baz: Bu qopmalar, parçalanmalar fonunda Türiyədə müxalifətin prezidentliyə namizəd tapmaqda əvvəllər yaşadıqları problemləri yenidən yaşayacağını proqnozlaşdırmaq olar

BAYRAQDAR MEDİA – “Türkiyədə 2023-cü ildə rəsmi olaraq 26 siyasi partiya yaradıldığı halda, 2024-cü ilin ilk 6 ayında 9 yeni siyasi partiya yaradılıb. Bu partiyanları quranlar günü-gündən xal itirən İYİ Partiya başda olmaqla siyasi diskursdan kənara çıxa bilməyən partiyalardan ayrılanlardır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl dəyərləndirməsində Türk Üniversiteler Birliyi Koordinataru, Dos. Dr. Fatih Çağatay Baz deyib.

Onun sözlərinə görə, əslində bu hal Türkiyə nüxalifətinin mövcud vəziyyətini ortaya qoyur: “Bu qopmalar, parçalanmalar fonunda Türiyədə müxalifətin prezidentliyə namizəd tapmaqda əvvəllər yaşadıqları problemləri yenidən yaşayacağını proqnozlaşdırmaq olar. Yəni yerli seçkilərdən sonra müxalifət gözlənilən sürəti əldə edə bilmədi. Müxalifət milli məsələlərlə bağlı siyasət həyata keçirməkdənsə, tənqidi fikirlər səsləndirməkdən kənara çıxa bilmədi. Bu gün müxalifət partiyalarının liderləri regional və beynəlxalq gündəmlə bağlı siyasi mövqe sərgiləyə bilmirlər”.

“Məhz bütün bunları nəzərə alaraq qarşıdan gələn seçkilərdə müxalifətin işinin çətin olduğunu və yaxın günlərdə yeni parçalanmaların olacağını proqnozlaşdırmaq mümkündür” deyə müsahibimiz əlavə edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.