Press "Enter" to skip to content

Bu, hər kəsin mənəvi borcu olmalıdır

Tədbir zamanı

Vüqar İskəndərov: Biz autizmdən əziyyət çəkənlərə dəstək verməliyik

BAYRAQDAR MEDİA – Azərbaycan Autizm Assosiasiyası 2024-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Assosiasiyadan məlumat verilib.

Dövlət himni oxunarkən
Dövlət himni oxunarkən

Bildirilib ki, Assosiasiyaya üzv olan qurumlar, iş adamları və xüsusi qonaqların iştirak etdiyi tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin dövlət himninin oxunması ilə başlayıb.

Azərbaycan Autizm Assosiasiyası 2024-cü ildə də müsbət fəaliyyəti ilə seçilib

Sonra çıxış edən Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədli 2024-cü il ərzində görülən işlər barədə iştirakçılara ətraflı məlumat verib.

Elnur Məmmədli
Elnur Məmmədli

Elnur Məmmədli qeyd edib ki, digər illər kimi 2024-cü ildə də Azərbaycan Autizm Assosiasiyası müsbət fəaliyyəti ilə seçilib: “Biz cəmiyyətin kifayət qədər həssas qrupunu təmsil edirik və bunun məsuliyyətini dərk edirik. Digər illərdə olduğu kimi 2024-cü ildə də fəaliyyətimizi bu məsuliyyətdən irəli gələrək qurduq. Hesab edirəm ki, bacardığımız qədər də vəzifəmizin öhdəsindən layiqincə gəlməyə çalışdıq. Hər hada çıxışımın sonunda bir illik fəaliyyətlə bağlı təqdim edəcəyimiz videotəqdimat da belə deməyə əsas verir”.

“Biz onlara dəstək verməklə, həm də cəmiyyət və dünya üçün yeni qazanımlar əldə edə bilərik”

Elnur Məmmədli onu da qeyd edib ki, autizmdən əziyyət çəkənlərə dəstək olmaq hər kəsin mənəvi borcu olmalıdır: “Biz onlara dəstək verməklə, həm də cəmiyyət və dünya üçün yeni qazanımlar əldə edə bilərik. Bunu təsadüfən demirəm. Diqqətinizə çatdırım ki, bu gün dünyada tanınan və nüfuz sahib olan insanlar arasında bir vaxtlar autizmdən əziyyət çəkənlər az deyil. Onları hamı tanıyır. Frans Kafka, Lüdviq van Bethoven, Fridrix Nitşe, Albert Eynşteyn, Nikola Tesla, Tomas Edison, Volfqanq Amadey Motsart, İsaak Nyuton, Vinsent Van Qoq, Ceyn Austen, “Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts və başqaları. İdman sahəsində də autimzlə mübarizə apara bilən simalar yetərincədir. İnandırıcı olmasa da, üzgüçülük üzrə dəfələrlə Olimpiya çempionu Maykl Felps də kiçik yaşlarından autizm xəstəsi olub. Lakin göründüyü kimi, onlar bu xəstəliyə boyun əyməyərək özlərini təsdiq etməyə müvəffəq olublar. Təcrübələr də göstərir ki, autizmli insanlar digərlərinə nisbətən daha çox uğur qazanırlar. Ona görə də dəfələrlə vurğuladığım bir fikri bir daha xatırlatmaq istəyirəm -autizm xəstəlik deyil, sadəcə fərqlilikdir”.

“Yetər ki, fəal və məsuliyyətli olaq”

Sonra Azərbaycan Autizm Assosiasiyasının 2024-cü il ərzindəki fəaliyyətindən bəhs edən videotəqdimat olub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Türk Dövlətləri Autizm Federasiyasının fəxri prezidenti Vüqar İskəndərov öncə Assosiasiyanın fəaliyyətinə uğurlar arzulayıb.

Vüqar İskəndərov
Vüqar İskəndərov

Millət vəkili çıxışında Azərbaycan Autizm Assosiasiyasına dəstək olmağın vacibliyinə toxunub: “Bildiyim qədər bu gün ötən il ərzində öz fəaliyyəti ilə fərqlənən qurum və təlimçilər mükafatlandırılacaq. Həmçinin, Assosiyasıyaya dəstək verən şəxslərə və qurumlara da Təşəkkürnamə təqdim ediləcək. Əlbəttə bu sevindiricidir. Eyni zamanda, hesab edirəm ki, cəmiyyətin bütün təbəqəsi bu sırada olmalıdır. Biz autizmdən əziyyət çəkənlərə dəstək verməliyik. Kim necə bacarırsa o cür. Yetər ki, fəal və məsuliyyətli olaq. Bunun üçün özümüzdə bir mənəvi borc hiss edək”.

Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Vüqar İskəndərov fəxri sədri olduğu Türk Dövlətləri Autizm Federasiyasının fəaliyyətindən də bəhs edib. Qeyd olunub ki, mart ayında Federasiyanın təşkilatçılığı ilə Bakıda geniş bir tədbirin keçirilməsi nəzərdə tutulub: “İnşallah Azərbaycan, paytaxt Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək”.

Mükafatçılarla xatirə fotosu
Mükafatçılarla xatirə fotosu

Məlumatda o da qeyd edilib ki, tədbirin sonunda Assosiasiyaya üzv olan qurumlar və təlimçilər mükafatlandırılıb, həmçinin xatirə fotosu çəkilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.