Press "Enter" to skip to content

Azərbaycan Gəncləri Gününə həsr olunmuş konsert proqramı keçirilib

Azərbaycan Gəncləri Gününə həsr olunmuş konsert proqramı keçirilib

BAYAQDAR MEDİA – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollec və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş konsert proqramı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kollecin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, millət vəkili Səbinə Xasayeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctmai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşı, YAP Ninəqədi Rayon Təşkilatının sədrinin müavini Sevinc Abdullayeva, Humanitar Kollecin direktoru, Dos. Nərmin Qaralova, pedoqoji kollektiv və tələbələr iştirak edib. Qonaqlar əvvəlcə Humanitar Kollecin xalçaçı və rəssam tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olub”.

Sonra xəbərdə, “tədbiri giriş sözü ilə açan N.Qaralova əlamətdar gün münasibəti ilə müstəqil Azərbaycan gənclərini təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb. Direktor Gənclər Günü barədə Ulu Öndər Heydər Əliyevin tarixi Sərəncamının əhəmiyyətindən danışıb və bu sahədə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barədə geniş məlumat verərək vurğulayıb ki, hər sahədə gənclərə göstərilən qayğı, diqqət göz önündədir. Sonra S.Süleymanova çıxışında Ulu öndər Heydər Əliyevin gəncliyə göstərdiyi qayğıdan bəhs edib. Tədbirdə çıxış edən S.Xasayeva və S.Abdullayeva ölkədə və Binəqədi rayonunda gənclərlə bağlı görülən işlərdən danışıb, gəncləri bayram münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıblar” deyə qeyd olunub.

Konsert proqramının bədii hissəsində Kollecin musiqiçilərdən ibarət müəllim və tələbə heyətinin ifasında “Məhəbbət”, “Alma atdım nar gəldi”, “You are the reason”, “Flamenko”, “Doğma diyar”, Göygöl”, “Həyat sevgisi”, “Bulaq suyu, dağ havası”,
“Ritm kompozisiyası”, “Şirvan müxəmməsi – Bəhri divani” və “Həyat sevgisi” kimi yerli və xarici bəstəkarların əsərləri səslənib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.