BAYRAQDAR MEDİA – Yanvarın 31-də Bişkek və Almatı Mərkəzli Beynəlxalq TÜRKEL Yayım Qurumunun sahibləri Hökümə Xəlilova və Ramiz Məşədihəsənli qardaş Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbiliri ziyarət edib.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Yayım Qurumundan verilib.
Bildirilir ki, “mətbuat müşavirinə TÜRKEL medianın 20 illik fəaliyyəti barədə ətraflı məlumat verilib. “TÜRKEL”, “VƏTƏN”, “AHISKAPRESS” adlı qəzetlərin və “ALTIN KÖPRÜ” dəgisinin türk, rus, ingilis və qazax dillərində çap olunaraq türk respublikalarını əhatə etdiyi, ümumtürk birliyi ilə bağlı dövlət başçılarının yürütdüyü siyasət, mədəni, iqtisadi əlaqələr, tarixi şəxsiyyətlər haqqında materiallara yer verildiyi bildirilib”.
O da qeyd edilir ki, Alptekin Cihangir İşbilir bu vəzifəyə təyinatı müddətində çoxsaylı layihələrin, iki qardaş ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinə dair göstərdiyi fəaliyyətinə görə bu yaxınlarda Bakıda Türk Ağsaqqalları İctimai Birliyinin təltifinə layiq görülüb. Bu haqda xəbər Orta Asiyanın TV-15 telekanalında TÜRKEL medianın efirə verdiyi süjetdə də öz əksini tapıb.
“Eyni zamanda TÜRKEL medianın TV-15, Türkiyənin Tek Rumeli telekanallarında “Dostluk köprüsü” verilişlərinin yayımlanması, Qırğızıstan MANAS FM, Qazaxıstan teleradio korporasiyasında həftəlik türk və Azərbaycan dillərində “Dostluk” proqramlarının efirə çıxdığı, Azərbaycanın REAL TV kanalının Orta Asiya bürosuna TÜRKEL-in rəhbərlik etdiyi diqqətə çatdırılıb”, – deyə xəbərdə bildirilir.
Sonda qeyd edilir ki, “hazırda Türkiyənin Azərbaycanda yeni səfiri vəzifəsinə təyin olunan hörmətli Birol Akgün bəyəfəndinin Maarif Fondunun prezidenti olduğu vaxt Qırğızıstanın paytaxtı Bişkek təmasları haqqında TÜRKEL medianın 2022-ci ildə efirə verdiyi tele-reportaj müşavirliyə təqdim olunub”.
Sonra sözügedən mətbuat müşavirliyi ilə TÜRKEL Yayım Qurumu arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi üçün qurumun Azərbaycan şöbəsinin səfirlik tərəfindən keçiriləcək tədbirlərə daim qatılması barədə razılığa gəlinib.
İlk şərhi yaza bilərsiniz