Press "Enter" to skip to content

Qasım-Jomart Toqayev: Dezinformasiya və media saxtakarlığı ilə qarşılaşırıq

Qasım-Jomart Toqayev

BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin sədrliyi ilə hökumətin geniş tərkibdə iclası keçirilib. İclasda çıxış edən dövlət başçısı Qazaxıstanın etibarlı və dünyada “orta güc” adlandırıldığına diqqət çəkib.

Bu barədə el.kz saytı məlumat yayıb.

Məlumata görə, çıxışında “bu yüksək status təkcə siyasi sahədə deyil, hər şeydən əvvəl iqtisadiyyat, investisiya, elm və texnologiya sahələrində konkret nailiyyətlərlə dəstəklənməlidir” deyib.

Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev çıxışında dezinformasiya ilə mübarizəyə və internet platformalarında dağıdıcı məzmunun yayılmasının qarşısının alınmasına yönəlmiş hüquqi tənzimləmənin inkişafına diqqət çəkib: “Biz getdikcə ictimai rəyi manipulyasiya etmək, hakimiyyəti gözdən salmaq və nifrətin qızışdırılması məqsədi daşıyan dezinformasiya və media saxtakarlığı ilə qarşılaşırıq. Bu vəziyyət vətəndaşların təhlükəsizliyi və ölkədə sabitlik üçün ciddi risklər yaradır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.