Press "Enter" to skip to content

Ölkə ərazisində meşəbərpa tədbirləri davam edir

Ölkə ərazisində meşəbərpa tədbirləri davam edir

BAYRAQDAR MEDİA – Yanvarın 31-də ölkə ərazisini əhatə edən meşəbərpa tədbirləri Yevlax və Ağdaş rayonlarının meşə fondu torpaqlarında keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “ETSN-in, Yevlax Rayon İcra Hakimiyyətinin rəsmilərinin, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşlarının iştirakı ilə Yevlax rayonu Cırdaxan meşəbəyliyinin əvvəllər zərərverici və xəstəliklərə yoluxaraq qurumuş ərazisində Şərq çinarı və Eldar şamı ağacları əkilib. Bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib”.

O qeyd edib ki, ağacəkmə aksiyası daha sonra Ağdaş rayonunun meşə fondu torpağında keçirilib və ETSN-in, Ağdaş Rayon İcra Hakimiyyətinin rəsmilərinin, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşlarının iştirakı ilə ərazidə Şərq çinarı ağacları əkilib. Gün ərzində Yevlax və Ağdaş rayonlarının meşə fondu torpaqlarında ümumilikdə 3 min 500-dən çox ağac əkilib: “Ölkə ərazisinin meşə fondu torpaqlarında növbəti günlərdə də meşəbərpa tədbirləri davam edəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.