Press "Enter" to skip to content

Kür Şad və Bozqurd

Devlet Bahçelinin taxdığı üzük

Devlet Bahçelinin taxdığı üzük və nişanın mənası

BAYRAQDAR MEDİA – Bir müddət öncə MHP sədri Devlet Bahçeli partiyasının qrup toplantısında gündəmlə bağlı mühüm açıqlamalar verib.

Bu barədə Türkgün Gazetesi məlumat yayıb.

Məlumata görə, D.Bahçeli çıxışında “Ölkəni ayırmaq istəyənlər var” deyib: “MHP lideri küçələrə çıxmaq çağırışlarının “çevriliş və ya üsyana dəvət” olduğunun fərqində olduqlarını vurğulayıb”.

Məlumatda deyilir ki, MHP lideri bu mesajları verərkən taxdığı nişan və üzüyü ilə diqqət çəkib: “D.Bahçelinin taxdığı nişan və üzüyün üzərindəki Kür Şad və Bozqurd fiqurları türk millətinin istiqlal mübarizəsini və oyanışını təmsil edir. Nihal Atsızın məşhur “Boz Qurdların Ölümü” romanında yer alan Kür Şad 40 əsgəri ilə Çin sarayına basqın edərək türk millətinin əsarətinə son qoymaq üçün mübarizə aparan qəhrəman kimi tanınır. “Boz Qurdların Ölümü” romanı ilə eyniləşdirilən Kür Şad İnqilabı və Kür Şad fiquru 2-ci Göktürk Xaqanlığının qurulmasındakı mübarizəni simvollaşdırır”.

Məlumatda əlavə edilir ki, D.Bahçelinin bu simvolu daşıması türk millətinin birlik və diriliş mesajına işarə edir. Onun simvollarla verdiyi mesaj türk millətinin heç vaxt məğlub olmayacağı, istiqlal mübarizəsini davam etdirəcəyi kimi şərh edilib. Kür Şadın Çin sarayına basqın zamanı dediyi sözlər bu mesajı daha da gücləndirir: “Kür Şad öldü, atdan düşmədi… Öldü, amma məğlub olmadı…”

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.