Son yeniləmə: 1 Fevral 2025
BAYRAQDAR MEDİA – Eskişehirin yerli ləzzətləri arasında önəmli yer tutan tahin halvası və püstə halvası son vaxtlar artan xərclər səbəbindən yüksək qiymətə satılmağa başlayıb.
Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.
Bildirilib ki, “ənənəvi delikateslərdən olan tahin halvasının kilosu 230 lirəyə, püstə halvasının kilosu isə 380 lirəyə qalxıb. Həm istehsalçılar, həm də istehlakçılar halvanın qiymətinin bu qədər artmasının xammal, enerji xərcləri və əmək haqqının artması ilə əlaqədar olduğunu bildirirlər”.
Məlumata görə, xüsusilə küncüt və yerfıstığının bahalaşması halva istehsalçılarını çətin vəziyyətə salsa da, vətəndaşlar bu ənənəvi ləzzətlərə çatmağın getdikcə çətinləşdiyini bildirirlər.