BAYRAQDAR MEDİA – “2024-cü il ərzində hərəkətdə olan sərnişin və yük qatarlarına 46 dəfə daş atılıb”.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Dəmir Yollarından məlumat verilib.
Bildirilib ki, “bunun nəticəsində qatarın pəncərələri zədələnib, sərnişinlərin həyatına təhlükə yaranıb, bəzi hallarda qatar təcili tormozlama etdiyi üçün qrafikdə gecikmələr yaşanıb”.
Məlumatda deyilir ki, qatara ziyan vuranlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar: “Qatara daş atan azyaşlıların valideynləri aşkar edilərək vurulan zərərin qarşılığında cərimələnirlər.
ADY dəmiryol xətti ətrafında yaşayan sakinləri təhlükəsizliyə əməl etməyə çağırır. Valideynləri övladlarını bu barədə maarifləndirməyə və bu cür qanunsuz hərəkətlərdən çəkindirməyə səsləyir”.
İlk şərhi yaza bilərsiniz