BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar 2025-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı danışıqlar apardığını açıqlayıb.
Kıbrıs Postasının xəbərinə görə, E.Tatar, yaxınlaşan seçkilərlə əlaqədar bir qiymətləndirmə edib: “Rəhbərliyi dövründə son dərəcə gərgin və əhəmiyyətli fəaliyyətlər həyata keçirdiklərini qeyd edən E.Tatar, növbəti dövr üçün də istəkli olduğunu vurğulayıb”.
Məlumata əsasən, Ersin Tatar yenidən namizəd olmaq üçün məsləhətləşmələrini tamamlamaq üzrə olduğunu bildirib.
E.Tatar “bunlar tamamlandıqdan sonra lazımi açıqlamanı tezliklə verəcəyəm. Axı namizəd olmaq üçün açıqlama vermək lazımdır. Mən planımı, proqramımı, gündəmimi xalqımla bölüşməliyəm… Bunlara hazırlıq görürəm. Dediyim kimi, məsləhətləşmələrimi başa çatdırmaq üzrəyəm. Mən namizəd kimi işləyirəm” deyib.
İlk şərhi yaza bilərsiniz