Press "Enter" to skip to content

ÇMD türk musiqisi sahəsində bir brenddir -VİDEO

Arxiv fotosu: Ersin Tünay (solda) və Nadir Azəri

Ersin Tünay: Çağdaş Müzik Derneği olaraq türk dünyasının mədəni bağlarını daha da gücləndirməyə çalışırıq

BAYRAQDAR MEDİA – Çağdaş Müzik Derneği TSM Xoru 10-11 fevral tarixlərində Bursada Konservatoriya Məzunları Dərnəyi Xoru və Fatih Erkoç Sənət Akademiyası TSM xoru ilə birgə konsert verəcək.

Fevralda Bursa və Budapeştdə konsertlər olacaq

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında KKTC-də fəaliyyət göstərən Çağdaş Müzik Derneğinin başqanı və tanınmış xor dirijoru Ersin Tünay deyib.

Afişa
Afişa

O, qeyd edib ki, fevralın 12-də Macarıstanın paytaxtı Budapeştə gedəcək xor, fevralın 14-də xüsusi konsertlə tamaşaçılarla görüşəcək.

ÇMD İstanbulda “İlin ən yaxşı mədəniyyət və sənət dərnəyi mükafat”ını alacaq

E.Tünayın sözlərinə görə, 9-16 fevral tarixlərini əhatə edəcək turda KKTC-ni 52 nəfərlik xorla təmsil edəcək Çağdaş Müzik Derneği fevralın 25-də də Türkiyədə olacaq. Belə ki, fevralın 25-də ÇMD İstanbulda “İlin ən yaxşı mədəniyyət və sənət dərnəyi mükafat”ını alacaq.

12 illik dərnək qazandığı uğurlarla irəliləməyə davam edir

Onu da vurğulayaq ki, Çağdaş Müzik Derneği KKTC-də mədəniyyət və incəsənət, xüsusilə türk musiqisi sahəsində brendə çevrilib. 12 illik dərnək daxildə və xaricdə qazandığı uğurlarla irəliləməyə davam edir. ÇMD başqan və tanınmış xor dirijoru Ersin Tünayın rəhbərliyi ilə 100 nəfər üzvü ilə KKTC-nin ən böyük və ən prestijli xoru tituluna malikdir. 2017-ci ildə Ersin Tünayın rəhbərliyi, həmçinin bütün üzvlərin və könüllülərin töhfələri ilə inşa edilən “Çağdaş Müzik Derneği Sanat Merkezi” bir mədəniyyət və incəsənət mərkəzinə çevrilib.

Afişa
Afişa

Açıq hava konsertlərində KKTC-də ən yüksək tamaşaçı (3500 nəfər) rekorduna malik olan ÇMD TSM Xor qrupu ölkənin tanıdılmasına verdiyi töhfələrlə bir çox qurum, təşkilat və fərdlər tərəfindən təqdir edilir və mükafatlandırılır.

ÇMD sosial məsuliyyət şüuru ilə həyata keçirilən layihələrinin 100 faiz uğur qazanmasının ən böyük amili, üzvlərinin aidiyyət hissi ilə nizam-intizamlı və ardıcıl iştirakıdır.
13 iyun 2013-cü ildə 18 nəfərlə qurulan dərnəyin bu gün 100 üzvə çatması və əldə etdiyi uğurlar KKTC və dünyada türk musiqisinin yaşaya bilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Qurulan sənət körpüləri

İngiltərə, Misir, Kosova, Türkiyə, Azərbaycan kimi ölkələrdə verdiyi konsertlərlə KKTC-nin fəxri olan ÇMD qurulan sənət körpüləri ilə bundan sonra da müxtəlif ölkə və şəhərlərdə verəcəyi konsertlərlə özünü göstərəcək.

Azərbaycandan KKTC-nin tanınmış mədəniyyət xadiminə iki mükafat

Bu məqamda xatırladaq ki, ötən ilin sonunda Azərbaycan səfər edən Ersin Tünay BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında maraqlı məqamlara toxunmuşdu. O, 2025-ci ildə Bakıda “Addım-addım türk dünyası” şüarı ilə konsertin keçiriləcəyini, həmçinin Orta Asiyanın türk dövlətlərində də konsertlər verməyi planlaşdırırdıqlarını qeyd etmişdi. Bu dəfə də həmin məqama toxunan E.Tünay “əminik ki, fevralda Bursa və Budapeştdə keçiriləcək konsertlərimiz “Addım-addım türk dünyası” şüarı ilə keçirməyi planlaşdırdığımız konsertlər istiqamətində də atılan bir addım olacaq. Ümumiyyətlə, Çağdaş Müzik Derneği olaraq türk dünyasının mədəni bağlarını daha da gücləndirməyə çalışırıq” dedi.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.