BAYRAQDAR MEDİA – Azərbaycan Özbəkistanla ticarət dövriyyəsini getdikcə artırır.
BAYRAQDAR MEDİA xəbər verir ki, bu barədə Ankarada keçirilən Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumunda məlumat verilib.
Tədbirdəki çıxışlar zamanı qeyd edilib ki, Orta Dəhliz üzrə nəqliyyat-tranzit daşımalarında da artım var: “500 milyon dollarlıq kapitala malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin xətti ilə 8 layihə üzrə işlər görülür. Bildirilib ki, Özbəkistan Prezidentinin özbək xalqı adından Qarabağa hədiyyə olaraq inşa etdirdiyi Füzuli rayonunda Mirzə Uluqbəy adına məktəbin fəaliyyətə başlaması, Xankəndi şəhərində tikiş fabrikinin açılışı ölkələrimiz və xalqlarımız arasında əsl qardaşlıq nümunəsidir”.