Press "Enter" to skip to content

“ASAN xidmət”-QDİƏT əməkdaşlığı yeni mərhələdə

Görüş zamanı

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku arasında ikitərəfli görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, “görüş zaman QDİƏT-in Baş katibi Bakıda keçirilmiş “Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində Dövlət Agentliyi tərəfindən təşkil olunmuş “Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu”nda iştirakını məmnunluqla qeyd edib. Qonaq Dövlət Agentliyi tərəfindən 2021-2023 və 2023-2025 illərdə QDİƏT-in “İnstitusional İslahatlar və Yaxşı İdarəçilik” üzrə İşçi Qrupunda sədrlik edildiyini vurğulayaraq bu çərçivədə həyata keçirilən fəaliyyətlərin təqdirəlayiq hesab edildiyini bildirib”.

Məlumata görə, həmçinin “ASAN xidmət” təcrübəsinin təşkilata üzv bir sıra dövlətlərlə paylaşılması istiqamətində əməkdaşlığa dair müzakirələr də aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.