Görüşdə yeni səfirə TÜRKSOY-un “Onur Madalyası” təqdim edilib
BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın qərarına əsasən Prof. Dr. Birol Akgün qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Yeni səfir kimi görəvinə başlamazdan öncə Türkiyədə bir sıra vida görüşləri keçirən Prof. Dr. Birol Akgün Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY mərkəzi ofisində də olub.
Bu barədə TÜRKSOY-un sosial şəbəkə hesabından paylaşım edilib.
Qeyd edək ki, TÜRKSOY-un baş katibi Sultan Raev tərəfindən qəbul edilən Prof. Dr. Birol Akgünə yeni görəvində uğurlar arzu edilib. Qəbulda TÜRKSOY-un baş katibinin müavini Sayit Yusuf da iştirak edib.
Sonda Prof. Dr. Birol Akgünə TÜRKSOY tərəfindən “Onur Madalyası” təqdim edilib.
Bununla bağlı sosial şəbəkə hesabından paylaşım edən səfir etimada görə Baş katib Sultan Raevə minnətdarlıq edib.
İlk şərhi yaza bilərsiniz