Cevdet Yılmaz: Biz iki suveren və bərabər dövlətə əsaslanan həll yolunu dəstəkləyirik
BAYRAQDAR MEDİA– Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Kuzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) səfər edib.
Səfərin nəticəsi ilə bağlı X sosial şəbəkə hesabından paylaşım edən C.Yılmaz maraqlı məqama toxunub.
Paylaşımda Türkiyənin adada iki suveren və bərabər dövlətə əsaslanan həll yolunu dəstəklədiyi bir daha bəyan edilib: “KKTC-yə səfərimiz zamanı Cümhurbaşqanı Ersin Tatarla görüşdük. Görüşümüz zamanı Türkiyə ilə KKTC arasında əməkdaşlığın davamlı olaraq gücləndirilməsi və Kıbrıs türk xalqının rifahı üçün həyata keçirilən layihələri müzakirə etdik. Bu istiqamətdə hökumətlərimiz infrastruktur, səhiyyə, təhsil, kənd təsərrüfatı kimi strateji sahələrdə qarşılıqlı konkret addımlar atır. Dördüncü İnkişaf Planı güclü tamamlayıcı element olaraq ŞKTC-nin gələcəyi üçün yol xəritəsi rolunu oynayacaq. Kıbrıs məsələsinin ədalətli və qalıcı həlli üçün cənab Ersin Tatarın irəli sürdüyü iki dövlətli həll vizyonunu dəstəkləyir və Kıbrıs türklərinin rifahı üçün birlikdə çalışırıq. Cənab Tatara mehriban qonaqpərvərliyinə görə təşəkkür edir və bir daha bildiririk ki, biz Kıbrıs türk xalqını haqlı işlərində hər zaman dəstəkləyəcəyik”.
İlk şərhi yaza bilərsiniz