BAYRAQDAR MEDİA – Kars Harakani Dövlət Xəstəxanası təkcə Karsa deyil, ətraf əyalətlərə də xidmət göstərməyə başlayıb.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Bildirilib ki, “yarımixtisas mütəxəssislərinin fəaliyyətə başlaması ilə artıq Ardahan və İğdır kimi vilayətlərdən gələn xəstələr müasir və keyfiyyətli səhiyyə xidmətlərindən yararlanaraq sağalıblar. 2025-ci ildə istifadəyə veriləcək ERCP bölməsi və uşaq reanimasiya şöbələri xəstəxananın tutumunu və səhiyyə xidmətlərində keyfiyyətini daha da artıracaq”.
Məlumata görə, Kars Harakani Dövlət Xəstəxanası yeni layihələrlə bölgənin sağlamlıq ehtiyaclarının ödənilməsində aparıcı rol oynamağa davam edəcək.
İlk şərhi yaza bilərsiniz