Press "Enter" to skip to content

İranın kütləvi edamlarla saxta güc nümayişi

Nərgiz Məhəmmədi

BAYRAQDAR MEDİA – 2023-cü il Nobel Sülh Mükafatının qalibi, Güney Azərbaycanlı hüquq müdafiəçisi və siyasi məhbus Nərgiz Məhəmmədi “Çərşənbə axşamları edama yox!” kampaniyasının birinici ildönümü münasibətilə keçirilən iclasda fikirlərini dilə gətirib.

Xəbəri “Azad İran” Telegram kanalı “Iran International”a istinadla yayımlayıb.

“İran İslam Respublikası bu cəza vasitəsi ilə cəmiyyətdə terror yaratmağa çalışır. İran hökuməti edamlarla kütləvi etirazları yatırmaq istəyir. Eyni zamanda kütləvi edamlar yolu ilə saxta gücünü nümayiş etdirmək niyyətindədir”, – deyə N.Məhəmmədi bildirib.

O, İranda ölüm hökmünün ləğvi üçün atılan addımların güclənəcəyi və dar ağacının iplərinin qırılacağı günə şahid olmaq istədiyini deyib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.