BAYRAQDAR MEDİA – İndiyədək Türkiyə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə qoyub və iki qardaş ölkə arasında investisiya üzrə işbirliyi genişlənir.
Bu barədə Ankarada keçirilən Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumunda məlumat verilib.
BAYRAQDAR MEDİA xəbər verir ki, tədbirdəki çıxışlarda bununla bağlı önəmli məlumat verilib: “Qeyd edilib ki, eləcə də Azərbaycan sərmayəçiləri ölkələrimiz üçün vahid ekosistemin iştirakçıları kimi çıxış etmək əzmindədirlər”.
Çıxışlarda o da vurğulanıb ki, Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarınadək investisiya yatırılıb: “Türkiyə şirkətləri işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yenidən qurulmasında daha fəal iştiraka, təqdim edilən güzəştlərdən yararlanmağa dəvət edilib”.
İlk şərhi yaza bilərsiniz