BAYRAQDAR MEDİA – Sosial şəbəkələrdə paylaşılan videoya görə, Güney Azərbaycanın məktəblərinin birində “Traktor” klubunun formasını geyinən şagirdlər öz milli kimlikləri ilə fəxr etdiklərini göstəriblər.
Xəbəri “Azad İran” Telegram kanalı yayımlayıb.
Xəbərə əsasən, məktəblilər “Azərbaycan var olsun, istəməyən kor olsun!” şüarı səsləndiriblər.
Sosial şəbəkələrdə məktəblilərin bu qürurlu çıxışına şərh olaraq yazılıb ki, “uşaqlar yüzillik məqsədyönlü şəkildə dərsliklərdəki təlqinlərə, etnik türklərin aşağılanmasına qarşı çıxıblar”.
İlk şərhi yaza bilərsiniz