Press "Enter" to skip to content

Enerji çatışmazlığından yeni çıxış yolu

Qasım-Jomart Toqayev

BAYRAQDAR MEDİA – Qazaxıstan artan elektrik enerjisi çatışmazlığı səbəbindən atom elektrik stansiyasının tikintisini sürətləndirəcək.

Bu barədə Qazaxıstan prezidenti Qasım-Jomart Toqayev xüsusi tapşırıq verib.

Vecher.kz saytının məlumatına görə, Qasım-Jomart Toqayevin sədrliyi ilə hökumətin geniş tərkibdə iclası keçirilib: “İclasda ölkənin gələcək inkişafı ilə bağlı geniş spektrli məsələlərə baxılıb. İclasda Qasım-Jomart Toqayev elektrik enerjisi çatışmazlığının artması ilə əlaqədar hökumətə ölkədə ilk AES-in tikintisini sürətləndirməyi tapşırıb. Dövlət başçısı iclasda artan elektrik enerjisi çatışmazlığı səbəbindən ilk AES-in tikintisini sürətləndirməyi və ölkədə nüvə klasterinin yaradılması üzrə işlərə başlamağı tapşırıb”.

Məlumata görə, Qasım-Jomart Toqayev gələcəkdə daha 2 atom elektrik stansiyası tikməyi planlaşdırdıqlarını vurğulayıb: “Mən parlamentdən və hökumətdən ikinci AES-in tikintisi ilə bağlı təkliflər gözləyirəm. Bir daha vurğulamaq istəyirəm ki, ölkəmizin nüvə enerjisinə ehtiyacı var. Bunsuz Qazaxıstanın gələcək inkişafından söhbət gedə bilməz”.

Mission News Theme by Compete Themes.