Press "Enter" to skip to content

Azərbaycanın 2 universiteti ilk dəfə “Şanxay reytinqi”ndə TOP 500-də

Azərbaycanın 2 universiteti ilk dəfə "Şanxay reytinqi"ndə TOP 500-də

BAYRAQDAR MEDİA – Dünyanın ən nüfuzlu reytinqlərindən biri hesab olunan “Şanxay reytinqi” (Shanghai Ranking) tərəfindən “Akademik Fənlərin Qlobal Reytinqi” dərc olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Azərbaycan ilk dəfə sözügedən reytinqdə riyaziyyat fənni üzrə 2 universitetlə təmsil olunur. Belə ki, Bakı Dövlət Universiteti (BDU) reytinqdə 401-500-cü, Azərbaycan Universiteti (AU) isə 301-400-cü pillələr arasında yer alıb. Azərbaycan bu reytinqdə riyaziyyat fənni üzrə Cənubi Qafqaz regionunu təmsil edən yeganə ölkədir”.
Qeyd edək ki, “Akademik Fənlərin Qlobal Reytinqi”ndə təbiət elmləri, mühəndislik, həyat elmləri, tibb elmləri və sosial elmlər daxil olmaqla 5 geniş sahə və 55 fənn üzrə dünyanın 96 ölkəsindən 1 min 900-dən çox universitet yer alır.

Bu reytinq müvafiq fənlər üzrə dünya universitetlərinin fəaliyyətini 5 kateqoriyaya (dünya səviyyəli akademik heyət, dünya səviyyəli elmi göstəricilər, yüksək keyfiyyətli tədqiqat, tədqiqat təsiri və beynəlxalq əməkdaşlıq) əsasən qiymətləndirir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.