BAYRAQDAR MEDİA – Kars Sosial Yardımlaşma və Həmrəylik Fondu son bir ildə ehtiyacı olan vətəndaşlara etdiyi yardımlarla diqqət çəkib.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Məlumata görə, Fond Karsda 36 min insana ümumilikdə 217 milyon TL yardım etdiyini açıqlayıb: “Təqdim olunan yardımlar arasında ən diqqət çəkən məqamlardan biri də qış aylarında verilən dəstək oldu. Fond 2 minə yaxın ailəyə 3 min ton kömür paylayaraq çətin qış şəraitində vətəndaşlara dəstək olub. Bundan əlavə, 5 min nəfərin elektrik enerjisi, 1500 nəfərə isə təbii qaz ödənişi dəstəyi göstərilib”.
İlk şərhi yaza bilərsiniz