Press "Enter" to skip to content

Qazaxıstan büdcəsi bu il sosialyönümlü olacaq

Astana

BAYRAQDAR MEDİA – Qazaxıstan hökumətinin mətbuat xidmətinin verdiyi açıqlamaya görə, 2025-ci ildə hökumət dövlət büdcəsinin ümumi xərclərini 25,8 trilyon tenge səviyyəsində planlaşdırıb. Büdcənin 9,6 trilyon tengesi (37,2 faizi) sosial sahəyə yönəldiləcək.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumata görə, Qazaxıstanda bu istiqamət çərçivəsində insan kapitalının inkişafı xüsusilə məqsədyönlü olduğu halda, vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş proqramlarda maliyyələşdirmə də artırılacaqdır: “Digər xərclərə 29,8 faizlə (7,7 trilyon tenge) əyalətlərin inkişafı və 8,5 faizlə (2,2 trilyon tenge) real sektorun dəstəklənməsi daxildir. Büdcənin 11,2 faizinin (2,9 trilyon tenge) dövlət işlərinə yönəldilməsi nəzərdə tutulur”.

Məlumatda o da qeyd edilib ki, Qazaxıstanın 2024-cü ildə ümumi büdcə xərcləri 23,6 trilyon tengeyə çatıb: “Dövlət büdcəsindən ən çox xərclənən sektor 8,8 trilyon tenge (ümumi büdcənin 37,3 faizi) ilə sosial sahələr olub. Büdcənin 5,3 trilyon təngəsi ilə sosial yardıma və əhalinin sosial təminatına yönəldilib. Dövlət büdcəsi xərclərinin 29,2 faizi (7,1 trilyon tenge) dövlətlərin inkişafına, 9,3 faizi (2,2 trilyon tenge) real sektorun dəstəklənməsinə yönəldildiyi halda, 9,2 faizi (2,2 trilyon tenge) ümumi dövlət xərcləri və 14,3 faizi (3,4) trilyon tenge) digər xərclər kimi qeydə alınıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.