BAYRAQDAR MEDİA – Türkiyədə Sosial Müdafiə Təşkilatının Sağlamlığın Tətbiq Bildirişində Dəyişikliklər edilməsinə dair məlumat Resmi Gazetedə dərc olunub. Həmin məlumata əsasən, müvafiq olaraq, sağlamlıq mərkəzləri və səhiyyə ocaqları mərkəzləri kimi ilkin səhiyyə xidmətləri göstərən müəssisələrdə həkim və diş həkimi müayinələrindən əlavə ödəniş alınmayacaq.
Bu barədə xəbəri sakaryagazetesi.com.tr saytı yayıb.
Xəbərdə deyilir ki, ikinci dərəcəli səhiyyə müəssisəsi olan dövlət xəstəxanalarında 20 lirə ödəniş alınacaq: “Təhsil və Tədqiqat Xəstəxanaları, həmçinin Universitet Xəstəxanaları kimi üçüncü dərəcəli səhiyyə müəssisələrindən bu ödəniş 45 lirə olacaq. Ailə həkimlərinin göndərişləri nəticəsində baş tutacaq müayinələr üçün müəyyən edilmiş əlavə ödəniş məbləğləri 50 faiz azaldılır”.
İlk şərhi yaza bilərsiniz