Press "Enter" to skip to content

MEK-də “Anton Pavloviç Çexov 165” sərgisi

MEK-də “Anton Pavloviç Çexov 165” sərgisi

BAYRAQDAR MEDİA – Dünya ədəbiyyatında görkəmli yerlərdən birini tutan böyük rus yazıçısı Anton Pavloviç Çexovun 165 illik yubileyi münasibəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “MEK-in fondlarındakı nəşrlər əsasında təşkil edilən sərgidə yazıçının “Məmurun ölümü”, “6 N-li palata”, “Qağayı”, “Üç bacı”, “Albalı bağı”, “Vanya dayı” və digər seçilmiş əsərləri, eləcə də haqqında yazılan əsərlər təqdim edilib”.

Qeyd edək ki, 29 yanvar 1860-cı ildə anadan olan Çeхоv dramaturq kimi klassik rus ədəbiyyatının ən yaхşı nümunələrini yaradıb.

O, iхtisasca həkim оlsa da, yazıçı kimi daha böyük şöhrət qazanıb, ədəbiyyatın bir çox janrlarında yazıb-yaradıb, qələmi ilə yaşadığı dövrün ən real səhnələrini, ictimai həyatın maraqlı və ziddiyyətli tərəflərini əks etdirib. Dramaturq, hekayəçi, rus ədəbiyyatının mütərəqqi ənənələrini davam etdirən, eyni zamanda, novator yazıçı 1904-cü il iyulun 15-də vəfat edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.