BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Lüksemburqun Xarici və Avropa İşləri Nazirliyinin idarə rəisi xanım Veronika Dokendorfun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Elnur Əliyev Azərbaycan və Lüksemburq arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb, ölkələrimiz arasında iqtisadi-ticarət, tranzit, turizm, informasiya texnologiyaları, yaşıl enerji sahələrində əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə Lüksemburq şikətlərinin iştirakı, habelə birgə investisya imkanları qeyd edilib, hər iki ölkədə keçiriləcək işgüzar tədbirlərdə, sərgilərdə iştirakın əhəmiyyəti vurğulanıb”.
Məlumata görə, Lüksemburqun Xarici və Avropa İşləri Nazirliyinin idarə rəisi xanım Veronika Dokendorf ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini bildirib, yeni əməkdaşlıq sahələri, birgə təşəbbüslərin reallaşdırılması potensialı barədə fikirlərini bölüşüb.
Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.
İlk şərhi yaza bilərsiniz