Press "Enter" to skip to content

Çinlə Birləşmiş Ştatlar arasında “soyuq müharibə”

Vüqar Bayramov

Vüqar Bayramov: Dünyanın aparıcı ölkələri arasında iqtisadi savaş və rəqabət daha da güclənir

BAYRAQDAR MEDİA – “Dünya düzənində iqtisadi savaşlar yeni mərhələyə qədəm qoyur. Avropa ilə Çin arasında, xüsusi də elektrik avtomobillərinin idxaı ilə bağlı Avropa tərəfindən 35 faizlik verginin tətbiqindən sonra ABŞ-ın da oxşar addımı atacağı gözlənilir. Bir sözlə, ABŞ-la Çin arasında da iqtisadi savaşın genişlənməsi mesajları hiss olunmaqdadır”.

Bunu BAYRAQDAR MEDİA-ya özə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Donald Trampın ikinci dəfə prezident seçilməsindən sonra ABŞ-Çin münasibətlərində növbəti xüsusi bir mərhələnin başlandığını demək olar: “Çünki Donald Tramp demək olar, bütün sahələrdə Çinlə müqayisə aparır, belə deyək, Çinin maraqlarına əks mövqe nümayiş etdirir. Hətta ABŞ-ın indiki prezidenti Ümumdünya Səhiyyə Təşkilatına ABŞ-ın ödədiyi məbləği Çinin ödədiyi məbləğlə müqayisə edir”.

Millət vəkili deyib ki, bütün bunların fonunda ABŞ və Çin arasında iqtisadi baxımdan “soyuq müharibə”nin
dərinləşməsi və genişlənməsi ehtimalları böyükdür: “Çindən ABŞ bazarına ixrac edilən bəzi məhsullara görə yeni rüsumların tətbiq ediləcəyi gözləniləndir. Bundan başqa yuxarıda da qeyd etdiyimiz kimi artıq Çində istehsal olunan və Amerikaya idxal edilən elektrik avtomobillərinə idxalla bağlı verginin tətbiqi nəzərdə tutulub. Baxmayaraq ki, hər iki ölkə Ümumdünya Ticarət Təşkilatının üzvüdür, ABŞ bu addımı atmaqda israrlıdır. Bu addım isə ondan xəbər verir ki, bütövlükdə dünyanın aparıcı ölkələri arasında iqtisadi savaş və rəqabət daha da güclənir. Hesab edirəm ki, yeni ildə həmin savaş bir qədər də güclənəcək və dərinləşəcək”.

Millət vəkilinin qənaətinə görə, bu da dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcək: “Ümumiyyətlə dünyanın aparıcı ölkələrinin iqtisadi münasibətləri həm də qlobal iqtisadiyyata təsir edir. Yəni bu rəqabət bir sıra məhsulların, o cümlədən enerji məhsullarının qiymətinə təsir göstərən əsas amillərdən sayılır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.