BAYRAQDAR MEDİA – Kars Harakani Dövlət Xəstəxanası 2024-cü ildə irəliləyişlər və yeniliklərlə səhiyyə sektorunda regional mərkəz olmaq yolunda mühüm addımlar atıb.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Bildirilib ki, “AK Parti Kars millət vəkili Adem Çalkının əməyi nəticəsində xəstəxanaya 4-ü alt şöbə mütəxəssisi olmaqla 52 şöbə mütəxəssisi və 33 ümumi praktikant təyin edilib. Bu təyinatlar xəstəxananın heyətini gücləndirməklə yanaşı, rayonda səhiyyə xidmətinin keyfiyyətini də artırıb”.
Məlumata görə, 2024-cü ildə Kars Harakani Dövlət Xəstəxanasında 878 min 374 xəstə müalicə alaraq, sağalıb: “Təcili Tibbi Yardım şöbəsində 245 min 296, poliklinikalarda isə 633 min 78 xəstə müayinə olunub. Müayinə olunan xəstələrin 281 min 696 nəfəri MHRS vasitəsilə qəbula yazılmaqla xidmət aldığı halda, 351 min 382 nəfəri qəbul olmadan müayinə olunub”.
Bundan başqa 2024-cü il ərzində xəstəxanada 18 min 908 əməliyyat aparılıb: “Həmçinin, 17 min 18 xəstə müalicə üçün xəstəxanalara yerləşdirilib. Ötən il ərzində Kars Harakani Dövlət Xəstəxanasında 2252 yeni körpə doğulub”.
İlk şərhi yaza bilərsiniz