BAYRAQDAR MEDİA – Azərbaycan Prezidentinə qarşı utanmazcasına aşağılayıcı ifadələr işlədən İran rəhbərinin Qəzvin əyalətindəki nümayəndəsi, Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abedini vəzifəsindən kənarlaşdırılıb, ancaq İranın hökumət saytları bunu “öz istəyi ilə istefa verib” kimi təqdim edib.
Xəbəri “Azad İran” Telegram kanalı “IRNA”ya istinadla yayımlayıb.
Məsələ ilə bağlı danışan imam, artıq 10 ilə yaxındır ki, cümə imamı kimi fəaliyyət göstərdiyini bildirib.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Xarici İşlər Nazirliyi İranın Bakıdakı müvəqqəti işlər vəkilini quruma dəvət edib. Ona Qəzvinin cümə imamı da daxil olmaqla bir sıra hökumət mollalarının anti-Azərbaycan fəaliyyətlərinin qəbuledilməz olduğu bildirilib.
İlk şərhi yaza bilərsiniz